Rusiyanın Ural Federal Universiteti yaxın zamanda xəstəliklərin insanın verdiyi nəfəs üzrə diaqnostikasında tətbiq edilən infraqırmızı lazer şüasının əldə olunması üçün qurğuların yaradılması texnologiyasını təqdim edəcək. Ekspertlər layihə çərçivəsində prosesin bütün mərhələlərini qeydə almağa imkan verəcək yüksək sürətli videokameradan istifadə edirlər.
Layihənin rəhbəri Andrey Axmatxanov bildirib ki, texnologiya orta infraqırmızı diapazon sahəsində şüanın əldə olunması və idarə edilməsi üçün qurğuları yaratmağa imkan verəcək. Belə mənbələr xəstəliklərin insanın verdiyi nəfəsin analizi üzrə diaqnostikası, magistral boru kəmərlərindən qaz sızmalarının məsafədən aşkarlanması, optik rabitə kanallarının ötürmə sürətinin artırılması üçün tətbiq edilə bilər.
meddaily.ru saytının məlumatına görə, elektrik sahəsinin təsiri altında olan litium niobat kristalları tədqiq olunacaq. Bu kristallar yeni lazer şüası mənbələrinin yaradılması üçün geniş istifadə edilir. Belə dəyişikliyin maksimal effektivliklə getməsi üçün kristalın daxili strukturunu çox dəqiqliklə idarə etməyi bacarmaq lazımdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.