AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və institutun böyük elmi işçisi Roza Şahverdiyeva Yaponiyanın Osaka şəhərində 12-13 oktyabr 2014-cü ildə keçiriləcək XII İnnovasiya, Sahibkarlıq və Strateji İdarəetmə (ICIESM 2014 : XII International Conference on Innovation, Entrepreneurship and Strategic Management) Beynəlxalq konfransında iştirak etmək və elmi məruzə ilə çıxış etmək üçün dəvət almışlar.
Tədbirdə institut əməkdaşları həmmüəllifi olduqları “Azərbaycan iqtisadiyyatında yüksək texnologiya parkları və onların idarə olunması problemləri (Rasim M. Alguliyev, Alovsat G. Aliyev, Roza O. Shahverdiyeva. “High techno-parks in the economy of Azerbaijan and their management problems”) mövzusunda elmi məruzə ilə çıxış edəcəklər.
Qeyd edək ki, materialları beynəlxalq bazalarda yerləşdirilən konfransda dünyanın qabaqcıl alim və mütəxəssisləri iştirak edecək.
Beynəlxalq konfransda elmi və texnoloji parklar, innovasiya prosesləri və menecmenti, strateji menecment, beynəlxalq sahibkarlıq, texnologiyaların transferi və s. istiqamətlərdə müzakirələr aparılacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.