Yaddaş və prosessorların sürətini artıran yeni qurğu hazırlanıb

02 Dekabr 2019 - 14:05 | Maraqlı məlumatlar
Yaddaş və prosessorların sürətini artıran yeni qurğu hazırlanıb

Eyni anda foton və elektronların xüsusiyyətlərindən istifadə edən ilk nanoölçülü cihaz hazırlanıb. Oksford Universitetinin alimləri tərəfindən hazırlanan cihaz hesablamaları on dəfələrlə sürətləndirməyə kömək edəcək.

İşıq sürətində olan hesablamalar tədqiqatçılar üçün cəlbedici olsa da çətin əldə edilən hədəf idi. Lakin hazırda alimlər buna yaxın olduqlarına əmin olublar. Kodlaşdırma və informasiyanın ötürülməsi üçün işıqdan istifadə bu proseslərin mümkün olan ən yüksək sürətlə baş verməsinə imkan verir. Alimlər işığın müəyyən proseslər üçün necə istifadə olunmasını göstərsələr də ənənəvi kompüterlərin elektron arxitekturası ilə qarşılıqlı təsir üçün kompakt cihaz mövcud deyildi.

hightech.fm saytının məlumatına görə, elektrik və işıq hesablamalarının uyğunsuzluğu qarşılıqlı təsirin müxtəlif həcmlərində olan elektron və fotonlar ilə işləyirlər. İşığın dalğa uzunluğu elektronların dalğa uzunluğundan çox olduğudan effektiv işləmə üçün elektron çiplər kiçik, optik çiplər böyük olmalıdır.

Bu problemin həlli üçün alimlər onları səthi-plazmatik polyariton vasitəsilə işığı nanoölçülü həcmə sıxmağa imkan verən konstruksiya hazırlayıblar. Enerji sıxlığının əhəmiyyətli dərəcədə artması ilə birlikdə ölçülərin kəskin azaldılması onlara məlumatların saxlanılması və hesablanması üçün foton və elektronların uyğunsuzluğunu aradan qaldırmağa imkan verir.

Onlar elektrik və ya optik siqnalları ötürdükdə foto və elektrosensiv maddənin vəziyyətinin iki fərqli molekulyar nizam arasında dəyişdiyini göstəriblər. Bundan əlavə, bu faza materialının vəziyyəti işıq və elektronika tərəfindən oxunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.