Biosensorlarla təchiz olunmuş eynəklər diabet xəstəliyini müəyyən edəcək

02 Dekabr 2019 - 12:34 | Texnoloji yeniliklər
Biosensorlarla təchiz olunmuş eynəklər diabet xəstəliyini müəyyən edəcək

Braziliya və Amerika alimləri istifadəçinin göz yaşları ilə qanda şəkərin səviyyəsini ölçə bilən eynək üçün biosensor hazırlayıblar. Cihazın dünyada şəkərli diabet xəstəliyindən əziyyət çəkən 380 milyon insana kömək edəcəyi gözlənilir.

Bu xəstəliyin müəyyən olunmasında insanlar əsasən portativ qlyukometrdən istifadə edirlər. Bu proses gündə bir neçə dəfə təkrarlanmaqla yanaşı, ağrılı və yoluxma risklidir.

Yeni biotənzimləyici eynək istifadəçinin göz yaşlarında qlükozanın molekullarını müəyyən edə bilər. Cihaz, eləcə də qanda şəkərin, vitamin və alkoqolun səviyyəsini ölçə bilir.

hightech.fm saytının məlumatına görə, biotənzimləyici cihaz bioloji, həmçinin kimyəvi reaksiyaları ölçməyə qadirdir və müəyyən bir maddənin konsentrasiyasına mütənasib bir siqnal yaradır. Qurğu laboratoriya müayinələrini sürətləndirmək, sağlamlıq vəziyyətini izləmək, xəstəliyin diaqnozu və profilaktikası məqsədilə istifadə olunur.

Göz yaşının qlükoza oksidi ilə təmas vaxtı elektronların axını dəyişdirilir, siqnalı formalaşdırılır, eynəyin qövsündə quraşdırılmış qurğuda yazılır və emal edilir. O, öz növbəsində nəticələri real vaxt çərçivəsində kompüterə və ya smartfona göndərir

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.