Bakıda ilk dəfə “World E-Commerce Eurasia 2019” forumu keçirilir

26 Noyabr 2019 - 16:37 | Konfranslar, İclaslar
Bakıda ilk dəfə “World E-Commerce Eurasia 2019” forumu keçirilir

Noyabrın 26-da Bakıda “World E-Commerce Eurasia 2019” Bakı forumu işə başlayıb.

Tədbirdə çıxış edən “My Broker” şirkətinin təsisçisi Rəşad Əliyev “World E-Commerce Eurasia 2019”un Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “İnnovasiyalar Mərkəzi” MMC-nin İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi, “World E-Commerce Forum” və “My Broker” gömrük təmsilçiliyi tərəfindən birgə təşkil edildiyini deyib. O bildirib ki, forumun məqsədi Azərbaycanda və regionda e-ticarət infrastrukturunun inkişafı, bu mövzuda əlaqələrin genişləndirilməsi, həmçinin bu sahəyə startupların marağının artırılması və bu sahədə fəaliyyət göstərən startaplara dəstəyin verilməsidir.

AZƏRTAC xəbər verir ki,“World E-Commerce Forum”un sədri Ömər Nart forumun əhəmiyyətini vurğulayıb, Türkiyədə elektron ticarətin mövcud vəziyyəti barədə danışıb.

Forumda elektron ticarət və əsasən də elektron ixrac mövzusunda yerli istehsalçılara və biznes subyektlərinə dünyadakı son tətbiqlər, trendlər və praktik həllərlə bağlı şirkət rəhbərləri, peşəkar mütəxəssislər və dövlət qurumlarının nümayəndələri tərəfindən məlumat verilir. Qeyd olunub ki, forum yerli sahibkarlarda e-ticarətə və e-ixracata böyük maraq və təşviq yaradacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.