“TRUSTECH incorporates CARTES 2019” – beynəlxalq konfransı və sərgisi keçirilir

26 Noyabr 2019 - 16:18 | Konfranslar, İclaslar
“TRUSTECH incorporates CARTES 2019” – beynəlxalq konfransı və sərgisi keçirilir

Bu gün Fransanın Kann şəhərində 34-cü beynəlxalq ekvayrinq həlləri və informasiya təhlükəsizliyi konfransı və sərgisi öz işinə başlayıb.

Noyabrın 28-dək davam edəcək tədbir çərçivəsində təşkil olunan beynəlxalq sərgidə informasiya texnologiyalarının təhlükəsizliyi, biometrik identifikasiya sistemləri, elektron ödənişlər və əməliyyat sistemləri üçün informasiya texnologiyaları, təmassız kartlar, smart kartlar istehsalında və s. əldə olunan ən son yeniliklər nümayiş olunur.

Mütəxəssislərin fikrincə, “TRUSTECH incorporates CARTES 2019” qlobal sinergiyada humanitar və texnoloji səviyyədə tərəfdaşlıq qurmaq üçün ideal mühitdir.

Təbdir haqqında ətraflı məlumatı buradan əldə etmək mümkündür.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.