“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda konfrans keçirildi

25 Noyabr 2019 - 12:00 | Konfranslar, İclaslar

Noyabr ayının 22-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə “İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirildi.

Plenar iclasda AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev “Rəqəmsal iqtisadiyyat sektorlarının innovativ perspektivlərinin qiymətləndirilməsi məsələləri” mövzusunda çıxış etdi. Məruzəçi müasir dövrün iqtisadiyyatının innovasiya və yüksək texnologiyaların tətbiqi ilə inkişaf etdiyini diqqətə çatdırdı. O, bildirdi ki, dünyada həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün yeni iqtisadi inkişaf strategiyaları hazırlanır.

Məruzəçi hazırkı dövrdə informasiya, texnologiya və biliyin geniş tətbiqi nəticəsində inkişaf edən rəqəmsal innovasiya iqtisadiyyatının səviyyəsinin qiymətləndirilməsinə cid­di ehtiyac yarandığını, ona görə də rəqəmsal iqtisadiyyat sektorlarının inkişaf səviyyəsinin obyektiv qiymət­lən­di­ril­məsi üçün müxtəlif səviyyələrdə indikatorlar sisteminin işlənməsinə zərurət duyulduğunu vurğuladı.

Ə.Əliyev rəqəmsal innovativ iqtisadiyyat göstəriciləri və indeksləri haqqında məlumat verdi. 2019-cu ildə Qlobal İnnovasiya İndeksinin hesabatı üzrə 130-a yaxın ölkələrdə Azərbaycanın 84-cü reytinqlə 0–100 şkalasında 30.21 xala malik olduğunu bildirdi. O, rəqəmsal iqtisadiyyat sektorlarının səviyyəsinin qiymətləndirilməsinə regional və sahəvi yanaşmanın xü­su­siyyətləri ilə yanaşı, rəqəmsal innovativ iqtisadiyyatın səviyyəsinin qiymətləndirilməsində müxtə­lif yanaşmaların, göstərici-indikatorların, metodikaların, indekslərin mövcudluğunu da diqqətə çatdırdı.

Konfrans öz işini iqtisadi tədqiqatlarda innovasiyalar, statistik istehsal proseslərində innovasiyaların tətbiqi, sosial, iqtisadi proseslərin modelləşdirilməsi (ekonometriya), rəqəmsal iqtisadiyyata keçid perspektivləri (transformasiya) mövzuları üzrə bölmə iclasları ilə davam etdirdi.

Bölmə iclasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Roza Şahverdiyeva İnnovasiya proseslərinin və strukturlarının informasiya təminatının təkmilləşdirilməsistiqamətləri haqqında məruzə ilə çıxış etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.