İnsanın rəqəmsal profilini yaratmaq üçün platforma hazırlanır

20 Noyabr 2019 - 15:17 | Maraqlı məlumatlar
İnsanın rəqəmsal profilini yaratmaq üçün platforma hazırlanır

Ural Elm-Təhsil Mərkəzinin mühəndisləri insanın rəqəmsal izinə əsaslanaraq onun haqqında məlumat toplamağa imkan verən neyrosmart - platforma hazırlayırlar. Ural Federal Universitetinin Ural Humanitar İnstitutunun direktoru qeyd edib ki, bu istifadəçinin neyroprofilini yaratmağa imkan verəcək.

Onun sözlərinə görə, məlumat platformaya açıq mənbələrdən, girişi təmin edən fiziki şəxslərdən və tərəfdaşlardan gələcək. Alınmış məlumatlar tibb və texnologiya şirkətləri üçün maraqlı olacaq.

hightech.fm saytının məlumatına əsasən, üçüncü şəxslərdən istifadəçilər haqqında məxfi məlumatların hansı şəraitdə toplanacağı məlum deyil. Bundan əlavə, alimlərin bu məlumatları marketinq, reklam və ya elmi məqsədlər üçün yenidən satmaq niyyətində olub-olmadığı da göstərilmir.

Layihədə həmçinin, Ural Federal Universiteti, Ural Dövlət Hüquq Universiteti, Ural Dövlət Mədən Universiteti, Cənubi Ural Dövlət Universiteti və Kurqan Dövlət Universiteti də iştirak edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.