“it-sa India 2020” – III beynəlxalq kibertəhlükəsizlik konfransı və sərgisi keçiriləcək

20 Noyabr 2019 - 11:16 | Elanlar
“it-sa India 2020” – III beynəlxalq kibertəhlükəsizlik konfransı və sərgisi keçiriləcək

Kibertəhlükəsizlik sənayesi daim inkişaf edir və qabaqcıl texnologiyaların getdikcə artması səbəbindən müxtəlif sektorlarda mühit dəyişir. Bu texnoloji təkamül təhlükələr mənzərəsini dəyişdirən yeni problemlər və risklər yaradır.

21-22 aprel 2020-ci il tarixlərində Hindistanın Mumbay şəhərində “it-sa India 2020” – III beynəlxalq kibertəhlükəsizlik konfransı və sərgisi keçiriləcək.

Hər il Almaniyanın Nürenberq şəhərində keçirilən “it-sa” bu gün dünyanın informasiya təhlükəsizliyi üzrə keçirilən əsas sərgilərindən biri hesab edilir.

“it-sa India 2019” beynəlxalq sərgisində “Siemens”, “SAP”, “TeleSoft”, “GlobalSign”, “Invest in Bavaria”, “Widas”, “HIK Vision” kimi dünyanın qabaqcıl şirkətlərinin ən yeni nailiyyətləri nümayiş olunub.

Növbəti dəfə Mumbayda keçiriləcək “it-sa India 2020”-də məlumatların bərpası, PCİ-DSS, virus və ziyanverici proqramlardan mühafizə, təhlükəsizliyin idarəolunması, bank xidmətləri, smart kartlar, sənayenin İT təhlükəsizliyi, kiber-fiziki sistemlərin təhlükəsizliyi, kriptoqrafiya, kibertəhlükəsizllik, kibercinayətkarlıq, məlumat sızmasının qarşısının alınması, videomüşahidə sistemləri, verilənlərin mühafizəsi, şəbəkənin monitorinqi, veb-əlavələrin təhlükəsizliyi, mobil təhlükəsizlik xidmətləri və s. sahəsində əldə edilmiş ən son nailiyyətlər nümayiş olunacaq.

Tədbir haqqında ətraflı məlumatı sərginin rəsmi saytından əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.