Robotlar həblərin qablaşdırması və çatdırılması prosesində iştirak edəcəklər

20 Noyabr 2019 - 10:09 | Maraqlı məlumatlar
Robotlar həblərin qablaşdırması və çatdırılması prosesində iştirak edəcəklər

Stenford Universitetinin alimləri Stanford Sağlamlıq Mərkəzinin şəhərciyində açılmış yeni xəstəxananı robotlar ilə təchiz ediblər. Avtomatlaşdırılmış maşınlar fərdi həb dəstlərini qablaşdırmaq və xəstələrə çatdırmaq üçün istifadə olunur.

Robotlar pasiyenti müalicə edən həkim tərəfindən yazılmış dərmanların fərdi hissələrinin qablaşdırmasıyla məşğul olacaqlar. Kiçik çatdıranlar qrupu həblərin aparılmasıyla məşğul olacaqlar. Bundan əlavə 23 robot paltarların yuyulması və tullantıların atılması məqsədi ilə tibb müəssisəsinin personalına kömək edəcəklər.

hightech.fm saytının məlumatına əsasən, robotlarla yanaşı, xəstəxana “ağıllı ev” texnologiyaları ilə təchiz edilib. “MyHealth” mobil proqramının köməyindən istifadə edərək xəstələr həkimlə əlaqə saxlaya, kondisioner və otaqdakı işıq səviyyəsini idarə etmək imkanına malik olacaqlar.

Hələ ki, bu kimi xəstəxananın inşası bahadır. Stenford Universiteti layihəyə təxminən 2,1 milyard dollar xərcləyib. Eyni zamanda, alimlər avtomatlaşdırmanın məhsuldarlığı artıracağını və xəstəxana işçilərinin, eləcə də həkimlərin daha əhəmiyyətli məsələləri yerinə yetirmək üçün vaxt itkisindən azad olacaqlarını güman edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.