Müxtəlif növ şüşədən 3D-çap üsulu hazırlanıb

19 Noyabr 2019 - 12:09 | Texnoloji yeniliklər
Müxtəlif növ şüşədən 3D-çap üsulu hazırlanıb

İsveçrə Sürix Ali Texniki Məktəbinin alimləri materialı yüksək temperatura qədər qızdırmadan müxtəlif növ şüşələrdən mürəkkəb sturukturlar yaratmağa imkan verən 3D-çap üsulu yaradıblar.

Şüşə, keramika və digər bu kimi materiallar nadir hallarda 3D-çapda istifadə olunur, çünki onlar nisbətən yüksək 1650° C-dən 4040° C-yə qədər ərimə temperaturuna malikdir. Bu çap prosesini daha çətin və bahalı edir.

hightech.fm saytının məlumatına əsasən, tədqiqatçılar problemin həllini təklif ediblər. Bu metod işığın rəqəmsal emalından istifadəni əhatə edir. Nəticə çapdan əvvəl şüşə prekursorundan tədarük yaratmaq və sonra yüksək temperaturda soyutmanı həyata keçirməkdən ibarətdir.

Daha sonra tədqiqatçılar məhlula polimerlər əlavə edərək onu lazımi yerlərdə işıqlandırıblar. Bu proses nəticəsində maye məhlulda bərk predmet yaranıb.

Alimlər predmeti polimeri yanaraq şüşə hisssəsi qalan pirolizə məruz qoyublar. Yaranan şüşənin şəffaflığı təxminən 85%, nisbi sıxlığı isə 95% təşkil edib.

Xatırladaq ki, daha əvvəl Harvarddakı Viss Universitetinin tədqiqatçıları səkkiz müxtəlif materialdan obyektləri çap edə və onların arasından saniyədə 50 dəfə keçə bilən yeni 3D-printeri təqdim ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.