29 noyabr 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransı keçiriləcək.
Süni intellekt, Əşyaların İnterneti, kiber-fiziki sistemlər, böyük verilənlər, mobil texnologiyalar, bulud hesablamaları, sosial şəbəkələr kimi texnologiyaların inkişafı fərdi məlumatların təhlükəsizliyi baxımından ciddi problemlər yaradır. Fərdi məlumatlardan sui-istifadə edilməsinin mənfi nəticələri təkcə ayrı-ayrı insanların şəxsi həyatlarının toxunulmazlığı hüququnun pozulmasında deyil, ictimai həyatda, iqtisadiyyat və siyasətdə də özünü ciddi şəkildə göstərə, milli maraqlara təhdidə çevrilə bilər.
Konfrans müasir şəraitdə dövlət, özəl sektor və vətəndaş cəmiyyəti təşkilatları qarşısında vacib vəzifələr qoyduğunu nəzərə alaraq, fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi problemlərinə həsr olunur. Konfransın məqsədi fərdi məlumatların təhlükəsizliyinin multidissiplinar problemləri, cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, fərdi məlumatların təhlükəsizliyinin etibarlı idarə edilməsi kimi məsələlərin araşdırılması və müzakirəsidir.
AMEA İnformasiya Texnologiyaları İnstitutu
Tel: (+994 12)539-01-67
(+994 12) 510-42-53
E-poçt: infosec@iit.science.az
Faks: (+994 12) 539-61-21
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.