Unikal plastır insult və infarkt hallarının qarşısını alacaq

08 Noyabr 2019 - 14:30 | Texnoloji yeniliklər
Unikal plastır insult və infarkt hallarının qarşısını alacaq

Ürək ritmində bəzən (həftədə 1-2 dəfə) baş verən dəyişiklikləri qeydə almaq asan məsələ deyil. Sinəyə yapışdırılan “Zio” adlı plastır ürək döyüntüsünün qeyri-adi ritmini aşkar edərək, minlərlə insult və infarkt hallarının qarşısını ala bilər.

meddaily.ru saytının məlumatına görə, suya davamlı plastır eyni zamanda elektrodlar və ürək döyüntüsünü qeydə alan modulla təchiz edilib. Onu 2 həftə ərzində sinədə fasiləsiz daşımaq olar ki, bu da ürək ritmində baş verən təhlükəli dəyişiklikləri qeydə almağa imkan verir. İstifadəçi narahatlıq hiss etdikdə plastırın düyməsini sıxır. Sistem ürək ritminin istənilən pozuntularını ayırd edərək, müəyyən nöqtədən əvvəl və sonrakı 45 saniyəni yazır.

2 həftə istifadə etdikdən sonra pasiyent plastırı çıxarır və onu istehsalçıya geri göndərir. Şirkət məlumatları təhlil edir və pasiyentin həkimi üçün hesabat hazırlayır. London Kral Kollecinin xəstəxanasında aparılmış tədqiqat çərçivəsində insult keçirmiş 120 pasiyentə plastır və ya ürək döyüntüsünü izləyən adi portativ sensor verilib. Plastır standart sensorlardan 8 dəfə daha effektiv olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.