Döyüş robotlarına səs əmrlərini anlamaq və istiqamət götürmək öyrədilib

07 Noyabr 2019 - 17:18 | Texnoloji yeniliklər
Döyüş robotlarına səs əmrlərini anlamaq və istiqamət götürmək öyrədilib

ABŞ Ordusu Araşdırma Laboratoriyası (ARL) “robot döyüş sistemləri” üçün yerüstü istiqamətləndirmə və obyektlərin analiz texnologiyasını təqdim edib. Bu robotlar səs əmrlərini tanıma funksiyasının köməyi ilə şərti döyüş əmrlərini yerinə yetirəcəklər.

Yaradılmış sistem dörd nüvəli Intel Core i7 prosessoru, lidar və optik-elektron kameralara əsaslanan hesablama qurğusundan ibarətdir.

high-tech.fm saytının məlumatına görə, qurğu ərazi və üzərindəki obyektlərin xəritəsini tanıya, semantik işarələri təyin edə və səs əmrlərindən istifadə edə bilir. Əmr verildiyi zaman robot, əvvəlcə, fikri dəqiqləşdirir, sonra onun icrasını həyata keçirir.

İlk sınaqlarda hərbçilər sistemi manipulyatorla kiçik dörd təkərli “Husky” robotunda sınayıblar. Yeni robot ərazini təmizləyib, zibilləri yoldan çıxarıb və kəşfiyyat aparıb. Üç tapşırığın ikisi robota səs əmrləri ilə verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.