Real insanların robot klonları hazırlanıb

07 Noyabr 2019 - 14:53 | Maraqlı məlumatlar
Real insanların robot klonları hazırlanıb

“Danışan başlar” adlanan robotlar qarşılama funksiyalarını yerinə yetirir.

“Promobot” robotları hərəkət edə bilməsələr də, bədən və boyun hərəkətlərinin 3 dərəcəsinə sahibdirlər. Robotda 18 üz ifadəsi mexanizmləri mövcuddur və birlikdə 600 fərqli mövqe tuta bilir. Bu, dialoq zamanı duyğuları simulyasiya etməyə və üz ifadəsini dəyişdirməyə imkan verir. Cihazın bu özəlliyini tam hüquqlu söhbət adlandırmaq olmasa da, o, 100.000-ə yaxın nitq blokunu bilir və istifadə edir.

techcult.ru saytının məlumatına görə, sifarişlər əsasında istənilən tarixi şəxsiyyətin həqiqi görünüşünü yaratmaq mümkündür. Robotun yaradıcıları, real insan vəziyyətində görünüşün detallı rəqəmləşdirilməsini də həyata keçirəcək. Şirkət artıq texnologiya sərgilərindən biri üçün Eynşteynin robotunu hazırlayıb.

Mütəxəssislərin fikrincə, vəzifəli şəxsin neytral siması əsasında yaradılan robotlar dövlət xidmət mərkəzində işləyə biləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.