Nankin Universitetinin mühəndisləri insanın əlinin arxa tərəfinə yapışdırılıran incə ekranlı epidermal saat hazırlayıblar. Saatın üzərindəki rəqəmlər hətta günəş işığında görünəcək qədər parlaq, gərginlik isə dəriyə zərər verməmək üçün aşağıdır.
hightech.fm saytının məlumatına görə, saat üçün baza işıq saçan mikrozərrəciklərdən ibarət olan elektrolüminessensiya qatından hazırlanıb. Onlar gümüş nanoməftildə iki elastik elektrodun arasında yerləşdirilmiş dartılan dielektrik materiala tətbiq olunur.
Dielektrik material rezin polimerə daxil edilmiş keramika nanozərrəciklərindən istehsal edilib. Onlar elektrik sahəsini fosfor üzərində cəmləşdirmək xüsusiyyətinə malikdirlər, bu da onu aşağı gərginlikdə daha parlaq edir.
Hələ ki, hazırlanma təcrübə nümunəsi olsa da, tədqiqatçılar gələcəkdə bu cür displeylərin yumşaq robot texnikasında və beyin kompüter interfeyslərində istifadə edilə biləcəyini inanırlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.