“Infivention” startapı fiqurları qarışdıran süni intellektə malik şahmat lövhəsini təqdim edib. Qurğu oyunçuya neyroşəbəkəyə və ya dünyanın istənilən yerində yaşayan rəqibə qarşı oynamağa imkan verəcək.
hightech.fm saytının məlumatına görə, lövhə iki formada (“Neo” və “Swap”) istehsal edilib. “Neo” 64×64 ölçüdə kvadratlardan ibarət standartlaşdırılmış lövhədir. Qara ağac və ya daşdan hazırlanmış fiqurlar təqdim olunur.
“Swap” adlandırılmış lövhədə isə kvadratların sayı daha çoxdur ki, bu da onda həm də dama oynamağa imkan verir. Hər iki variantda süni intellekt 30 çətinlik səviyyəsinə malikdir və oyunçunun bacarıqlarına uyğun olaraq, səviyyəni avtomatik quraşdırır.
Hazırda şirkət “Kickstarter” platformasında ilk partiyanın istehsalı üçün vəsait toplayır. Lövhələrin qiyməti 149 dollardan başlanır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.