ABŞ-ın “Facebook” şirkəti yeni loqotip təqdim edib. Şirkətin məhsul istifadəçiləri onu eyniadlı sosial şəbəkədən fərqləndirmək məqsədilə yaradıb.
habr.com saytının məlumatına əsasən, şirkətin yeni loqotipində yalnız baş hərflərdən və xüsusi yaradılmış şriftlərdən istifadə olunub.
Qeyd olunur ki, “Facebook” şirkəti əvvəlcə mobil əlavə kimi yaradılsa da, hazırda qrupa bir neçə məhsul daxildir. Onlar dünyanın bütün insanlarına ünsiyyət qurmağa və biznesi inkişaf etdirməyə kömək edirlər. Bununla belə, “Facebook” sosial şəbəkəsinin brendi dəyişməz qalacaq.
Yaxın vaxtlarda şirkət bütün məhsul və marketinq materiallarında, o cümlədən rəsmi saytda, “Instagram” və “WhatsApp” proqramlarının əsas səhifələrində yeni loqotipdən istifadəyə başlamağı planlaşdırır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.