Hind startapı “Vanora Robots” “Steve” yerüstü pilotsuz təyyarələri üçün kamera ilə təkərli platforma hazırlayıb. Kameranı istifadəçinin əldə edə bilmədiyi dar mağara və ya konsert zamanı səhnə kimi yerlərə çatdırmaq cihazın əsas məqsədidir.
Qurğu, üzərində video və fotoşəkil üçün bir və ya daha çox kameranın quraşdırıla biləcəyi dörd təkərli kiçik platformanı təşkil edir. “Steve” nahamar ərazi üzərində hərəkət etmək imkanına malikdir. Cihazın təkərləri iki tərəfli olduğu üçün ona yerində 360° dönməyə imkan verir.
hightech.fm saytının məlumatına görə, istifadəçilər real zaman rejimində radioidarəetmə pultunun köməyi ilə qurğunu idarə edə bilərlər. Platformanın maksimal yüklənməsi 20 kq təşkil edir və ona kənar istehsalçıların kameralarını qurmaq olar.
“Steve” bir neçə dəyişdirilə bilən litium-ion batareyaları ilə təchiz edilib. Hazırda “Vanora Robots” “Steve”in ilk nüsxəsinin istehsalı üçün pul toplayır. Platformanın dəyəri təxminən 643 dollar təşkil edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.