“Facebook” şifrlənmiş səsli və videozənglər tətbiq edəcək

01 Noyabr 2019 - 17:43 | Maraqlı məlumatlar
“Facebook” şifrlənmiş səsli və videozənglər tətbiq edəcək

2016-cı ildə istənilən istifadəçi tərəfindən aktivləşdirilə bilən “Secret Conversations” funksiyasını istifadəyə verən “Facebook” şirkətinin mütəxəssisləri bu təhlükəsizlik sistemini səsli və videozənglər üçün sınaqdan keçirirlər.

hightech.fm saytının verdiyi məlumata əsasən, “Facebook” sosial şəbəkəsi “Secret Conversations” funksiyasının imkanlarını genişləndirməyi planlaşdırır. Mobil tətbiqlərin təhlili ilə məşğul olan jurnalist Ceyn Mançun Vonqun sözlərinə görə, sosial şəbəkə bu funksiya üzərindən səsli və videozəngləri sınaqdan keçirir.

“Secret Conversations” funksiyası “Messenger”də çatları kənar müdaxilələrdən qorumaq üçün onları şifrləməyə imkan verəcək. Sözügedən messencerdə “WhatsApp”da tətbiq edilmiş eyni şifrləmə texnologiyasından istifadə edilir.

Jurnalistlər iddia edirlər ki, “Messenger” mobil proqramında sözügedən funksiyadan istifadə üçün öz profil şəklinin üzərinə sıxmaq, “Secret Conversations” bölməsinə keçmək və bundan sonra onu aktivləşdirmək lazımdır. Nəticədə istifadəçi və mesajı qəbul edən şəxsdən başqa heç kim söhbətə müdaxilə edə bilməyəcək. Bundan başqa, mesajlaşma yalnız seçilmiş qurğuda görsənəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.