Depressiya ilə mübarizə üçün qurğu satışa çıxarılıb

01 Noyabr 2019 - 16:49 | Texnoloji yeniliklər
Depressiya ilə mübarizə üçün qurğu satışa çıxarılıb

Böyük Britaniyada depressiv pozuntularla mübarizə aparmağa kömək edən qurğu satışa çıxarılıb. Onun həqiqətən depressiyanın simptomlarını yüngülləşdirə biləcəyi qeyd olunur.

planet-today.ru saytının məlumatına görə, bu, beyinin ön hissəsinin stimulyasiyası üçün nəzərdə tutulmuş zəif elektrik impulslarını yaradan qurğudur. Bunun üçün elektrodları daxil etmək məqsədilə kəllə qutusunda dəliklər açmağa ehtiyac yoxdur. Çünki cihaz qeyri-invazivdir, yəni kəllə sümüyünün üzərində işləyir.

Tibbi qadcetin idarə olunması üçün “virtual terapevt” adlandırılan xüsusi mobil proqramdan istifadə olunur. Avropa həkimləri beyinin elektrik stimulyasiyasının köməyilə depressiya ilə mübarizə aparmaq üçün hazırlanmış qurğunun evdə istifadəsinə icazə veriblər. Qadcetin real effektivliyi haqqında ətraflı məlumat verilməyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.