Nüvə energetikası perspektivli sahə olsa da alimlər indiyə qədər onun tullantılarını təhlükəsizləşdirmək üsulunu tapmağa çalışırlar.
Praqa Kimya Texnologiyaları Universitetinin kimyaçıları çirkab sularından radioaktiv uranın tutulması, ayrılması, çıxarılması və uzaqlaşdırılması üçün mikrorobotlar hazırlayıblar.
Robotlar üçün əsas kimi tədqiqatçılar metal üzvi karkaslardan - içərisində müxtəlif maddələri, o cümlədən radioaktiv maddələri saxlaya bilən məsaməli birləşmələrdən istifadə ediblər.
hightech.fm saytının məlumatına əsasən, tədqiqatçılar metal üzvi karkaslara ZIF-8 “mikromotorları” bağlayıblar. Bu modifikasiya molekulların tutan xüsusiyyətlərini gücləndirməyə imkan verib və daha çox radioaktiv maddə tutulmasına kömək edib.
Sonra onu sabitləşdirmək və maqnit halına gətirmək üçün struktura dəmir atomları və dəmir oksidin nanozərrəcikləri əlavə edilib. Sınaqların gedişatında mikrorobotlar bir saat ərzində 96% uran uzaqlaşdırıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.