“Google” qadcet asılılığı ilə mübarizə aparmağa kömək edəcək

31 Oktyabr 2019 - 11:26 | Texnoloji yeniliklər
“Google” qadcet asılılığı ilə mübarizə aparmağa kömək edəcək

“Google Play” proqramlar mağazasında smartfonlardan asılılığın azaldılmasına yönəldilmiş proqramlar paketi istifadəyə verilib. Korporasiya “Rəqəmli rifah” layihəsi çərçivəsində bu addımı atıb.

Ekspertlərin fikrincə, bu kimi proqramların arasında ən effektiv olan “Unlock Clock”dur. Belə ki, bu proqram quraşdırıldıqda fon şəkli qara rəngə boyanır və ekranda böyük rəqəmlər göstərilir ki, bu da qadcetin sahibini bir gün ərzində qurğunu neçə dəfə əlinə aldığı barədə xəbərdar edir.

mignews.com saytının məlumatına görə, “We Flip” proqramı smartfonları “Narahat etməyin!” rejiminə keçirməyə imkan verəcək. “Desert Island” smartfondakı lazımsız tətbiqləri bağlayacaq və yalnız gün ərzində işləyəcək ən vacib proqramları aktiv saxlayacaq. “Post Box” isə smartfon sahibinin bir gün ərzində digər proqramlardan neçə dəfə bildiriş aldığını müəyyən edəcək. O, göstərilən saata qədər ismarıcların ekrana çıxarılmasını bloklayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.