Bağlara qulluq edən robot hazırlanıb

31 Oktyabr 2019 - 09:38 | Texnoloji yeniliklər
Bağlara qulluq edən robot hazırlanıb

Edinburq Universitetinin rəhbərliyi ilə beynəlxalq tədqiqatçılar qrupu çəmənlikləri biçmək və bağlara qulluq edə bilmək məqsədilə bağçılıq robotunun prototipini hazırladı.

techcult.ru saytının məlumatına əsasən, Trimbot adlanan bu robotun əsasını “Bosch”  adlı çəmənbiçən robot təşkil edir. Bu robotun yaratmaqda məqsəd parklarda və digər ictimai yerlərdə çəmənliklərin qorunmasına kömək etmək, eləcə də yaşlı və əlil insanların bağlarına qulluq etmək idi.

Trimbot batareya, naviqasiya üçün beş cüt stereo kamera ilə təchiz edilib. Mütəxəssislərin məlumatına görə, cihaz təmizlədiyi bağçanın təxmini rəqəmsal xəritəsini nəzərə alaraq əvvəlcədən proqramla təmin edilir. Robotun kompüterində yaşıllığın ideal görüntüsünü yaradan alqoritmlər də yerləşdirilib.

Xatırladaq ki, son illərdə mütəxəssislər tərəfindən çiyələkyığan robot, geniş bağ və bostan ərazilərinə qulluq edən bağban robot və digər bu kimi kənd təsərrüfatı robotları istifadəyə verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.