İstifadəçinin diqqətini cəmləyən “ağıllı eynək”lər hazırlanıb

30 Oktyabr 2019 - 16:00 | Maraqlı məlumatlar
İstifadəçinin diqqətini cəmləyən “ağıllı eynək”lər hazırlanıb

“Narbis”in yeni “ağıllı eynək”lərinin iş prinsipi işdən yayınan istifadəçinin linzalarının qaraldılması və fikrini cəmləşdirdiyi halda yenidən parıldamasına əsaslanaraq diqqəti yaxşılaşdırmaq üçün hazırlanıb. Mütəxəssislər cihazdan kompüterdə işləyərkən, kitab oxuyarkən və ya ev tapşırıqlarını yerinə yetirərkən həftədə iki-üç dəfə yarım saat istifadə etməyi tövsiyə edir.

hightech.fm saytının verdiyi məlumata əsasən cihaz öncədən dəfələrlə sınaqlardan keçirilb. Eynəkdə hər qulağın arxasında və istifadəçinin başında biri olmaqla üç sensor yerləşdirilib.

NASA alqoritminə əsaslanan bu tətbiq insanın istirahətini, yayındırılmasını və diqqətini izləyir. Şirkət nümayəndələrinin sözlərinə görə, həm uşaqlar, həm də böyüklər eynəkdən asanlıqla istifadə edə bilərlər.

“Narbis” bunun tibbi cihaz olmadığını qeyd edir. Eynəyin standart qiyməti 690 dollardır və bunu şirkətin rəsmi saytı narbis.com-dan əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.