Hörümçəyin görmə qabiliyyətinə əsaslanan ultrakompakt 3D ölçülü kamera yaradılır

29 Oktyabr 2019 - 15:24 | Maraqlı məlumatlar
Hörümçəyin görmə qabiliyyətinə əsaslanan ultrakompakt 3D ölçülü kamera yaradılır

Üçölçülü görüntünü görmək bacarığı inkişaf etmiş robot və gadcetlar üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Ancaq bu cür kameralar böyük həcmli olduğuna görə əksər cihazlarda istifadə olunması qeyri-mümkündür.

popmech.ru saytının məlumatına əsasən, Harvard tədqiqatçıları yüksək texnoloji obyektiv sistem yaradıblar. Bu sistem ənənəvi optik elementlərdən istifadə etmədən üçölçülü şəkillər çəkməyə imkan verir.

Professor Federico Capassonun rəhbərlik etdiyi komanda tərəfindən yaradılan “Metal məmulatlar” hörümçək gözündə olduğu kimi iki oxşar bulanıq görüntü əldə edir. Şəkillər xüsusi alqoritmdən istifadə edilərək müqayisə olunur. Nəticədə real vaxt çərçivəsində görüntünün dərinliyi hesablanır.

Mütəxəssislərin məlumatına görə, yeni 3D kamera inanılmaz dərəcədə yığcam ola bilər. Eksperimental nümunənin eni cəmi 3 mm-dir. Bu “hörümçək” kameraları yalnız avtomobillərdə, sənaye robotlarında deyil, həm də smartfonlar da daxil olmaqla istənilən cihazda istifadə edilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.