“Web Summit 2019” – beynəlxalq İT sərgi-konfransı keçiriləcək

28 Oktyabr 2019 - 16:56 | Elanlar
“Web Summit 2019” – beynəlxalq İT sərgi-konfransı keçiriləcək

Cari ilin 4-7 noyabr tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində 10-cu ənənəvi beynəlxalq İT konfransı və sərgisi keçiriləcək.

İlk dəfə 2009-cu ildə Dublində keçirilən bu sərgi-konfransda müxtəlif vaxtlarda dünya siyasətinin və İT sahəsinin tanınmış simaları – Fransanın eks-prezidenti Fransua Olland, “Dell” şirkətinin yaradıcısı Maykl Dell, “Facebook”-un həmtəsisçisi Dastin Moskoviç, İlon Mask və s. məruzə ediblər.

Əlbəttə, sərginin əsas məqsədi maraqlı layihələrin müəlliflərini və investorları bir araya toplamaqdan ibarətdir.

“Web Summit 2019” çərçivəsində texnoloji yeniliklərə və bu sahədə əldə olunan uğurlara həsr edilən dəyirmi masa, treninq və diskussiyaların keçirilməsi nəzərdə tutulub.

Sərgi-konfrans haqqında ətraflı məlumatı buradan əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.