Alimlər Beynəlxalq Kosmik Stansiyanın (ISS) əsas problemlərindən biri kimi tullantıların atılmasını görürlər. Bundan əlavə, böyük plastik və metal konstruksiyaların ISS-ə daşınması çox çətin və baha başa gəlir.
4DPA saytının məlumatına əsasən, bu səbəbdən “Additive Manufacturing Facility” şirkəti Beynəlxalq Kosmik Stansiya üçün xüsusi aparat istifadəyə verib. Qurğunun başlıca vəzifəsi plastik tullantı və zibilin stansiyanın göyərtəsində quraşdırılan üçölçülü printer üçün xammala çevrilməsi olacaq.
Qurğunun yaradıcılarının fikrinə görə, bu cür texnologiyalar Yer kürəsinin mənbələrindən asılı olmayan dayanıqlı istehsal sistemləri yaradaraq bəşəriyyətə kosmosda kömək edəcək. Bu, həmçinin Yerdən gətirilən faydalı yüklərin çəkisinin azalmasına səbəb olacaq.
Qurğunun yerləşdiyi Northrop Grunman Cygnus kosmik gəmisi 2 noyabrda orbitə çıxacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.