“Twitter”in həmtəsisçisi Cek Dorsey bildirib ki, hazırda platformadakı bütün təhqiramiz tvitlərin yarısı süni intellektin köməyi ilə avtomatik olaraq silinir. Bunun sayəsində istifadəçilər sosial şəbəkədən şikayət etmək məcburiyyətində qalmırlar. O, bu hadisəni şirkətin maşın təlimindəki uğuru ilə əlaqələndirib.
Onun sözlərinə görə, şirkət istifadəçilərin sayının artması ilə əlaqədar olaraq onların şikayətlərini təmin etmək məqsədilə prosesin çox hissəsini avtomatlaşdırmaq üçün süni intellektə müraciət edib.
“Təhqiramiz məzmunu aktiv olaraq müəyyənləşdirmək və aradan qaldırmaq qabiliyyətimizi inkişaf etdirərək irəliləməyə davam edirik”, – deyə bildirən C.Dorsey qeyd edib ki, son bir ildə tvitlərin 50% -dən çoxu süni intellekt tərəfindən silinib və bu prosesə şirkət işçiləri, eləcə də moderatorlar kömək etməyib.
hightech.fm saytının məlumatına əsasən, il ərzində avtomatik silinən tvitlərin nisbəti 43% artıb. Şirkət mütəxəssislərinin fikrincə, bu platforma qaydalarının pozulmasını aşkar etmək üçün “maşın təlimi modellərinin təkmilləşdirilməsi” ilə əlaqədardır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.