Böyük Britaniyada hava taksisi sınaqdan keçirilir

22 Oktyabr 2019 - 20:55 | Maraqlı məlumatlar
Böyük Britaniyada hava taksisi sınaqdan keçirilir

Böyük Britaniyanın “Vertical Aerospace” startapı öz yeni hava taksisinin ilk sınaq uçuşunu nümayiş etdirib.

belta.by saytının məlumatına əsasən, 6 vintlə təchiz edilmiş “Seraph” adlı uçuş aparatı 250 kq-dək yükü havaya qaldırmaq qabiliyyətinə malikdir. Bundan başqa, hava taksisinin daxilində sərnişinlər üçün 2, pilot üçün 1 yer nəzərdə tutulub.

“Seraph” elektrik batareyası ilə işləyir və istehsalçıların sözlərinə görə, 800 km məsafə qət edə bilir. Bundan başqa, saatda 80 km-dək sürət toplaya bilən uçuş aparatı kifayət qədər gözəl görünüşə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.