10 oktyabr 2019-cu ildə Londonda “New Scientist Live” festivalı çərçivəsində “Spacebit” şirkətinin banisi və rəhbəri Pavlo Tanasyuk işçiləri ilə aya göndərmək istədiyi robot haqqında fikirlərini bölüşüb. Bu robot ayın səthinə çıxan ilk xüsusi cihaz olacaq. Həmçinin müvəffəqiyyət əldə edilərsə, digər kosmik cisimlərin səthində də mexaniki əzalardan istifadə edərək hərəkət edəcək.
Bu hadisə nəticəsində İngiltərə ABŞ, Rusiya və Çin ilə birlikdə ay səthinə çatmaq üçün vəzifələrini uğurla başa vuran dördüncü ölkə olacaq.
Dailytechinfo saytının məlumatına görə, çəkisi 1,3 kiloqramdan bir qədər az olan “Spacebit Walking Rover” günəş işığı enerjisi ilə təchiz ediləcək.
Ayın səthindəki kiçik qravitasiya “Walking Rover”in kifayət qədər sürətli hərəkət etməsinə imkan verəcək. Robot ayın səthində “selfie” şəkillərini çəkmək üçün istifadə ediləcək üçölçülü lazer skaneri LIDAR və iki HD kamera daxil olmaqla bir neçə sensorun köməyi ilə ətraf mühiti hiss edəcək. Bundan əlavə, ayın dərinliklərindən səthə çıxan lava “borular” ın birbaşa tədqiqatlarını aparmaq da mümkün olacaq.
“Hazırda ətrafı öyrənməliyik və digər planetlərdə mövcud qaynaqları araşdırmalıyıq. Bu bizə gələcəkdə Yer kürəsində bəşəriyyətin sabitliyini təmin etməyə imkan verəcək”, - deyə P.Tanasyuk bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.