Karnegi-Mellon Universitetinin tədqiqatçıları sahibini avtonom şəkildə izləyə və arxasında müstəqil şəkildə uçmaq imkanına malik olan “Skydio” pilotsuz uçuş aparatının tətbiqini sona çatdırıblar. Hazırda cihaz peşəkar kinooperatorlar kimi video roliklər çəkmək imkanına malikdir.
hightech.fm saytının məlumatına görə, istifadəçinin ardınca uçan və onu havadan çəkən avtonom pilotsuz təyyarənin əsas vəzifəsi təhlükəsizlikdir. Bu dronlar kadrda hədəfi saxlaya bilsələr də onlar təhlükəli yerlərdə uçmağa başlayan zaman (məsələn, budaqlar və ya məftillər ətrafında uçan zaman) materialın keyfiyyətinin azalması müşahidə olunur.
Universitet mühəndisləri ərazinin xəritəsinin çəkilməsi üçün 3D lidarlar tətbiq ediblər. Bundan başqa, əvvəlcədən yerin xüsusiyyətlərini nəzərə alaraq uçuşun lazımi trayektoriyasını proqnozlaşdırmaq imkanına malik olan neyroşəbəkə hazırlayıblar.
Qeyd edək ki, bu kimi sistemlər film çəkilişlərini daha əlçatan edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.