Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutunun mütəxəssisləri Ayın səthi və orbitində kosmonavtlar üçün robot-köməkçilər hazırlayacaqlar. Onların hazırlanması üçün Rusiya avtomatik stansiyalarının Yer kürəsinin peykində uçuşları zamanı topladıqları sınaqların məlumatları istifadə olunacaq.
ferra.ru saytının məlumatına görə, aparatların platformaları yeni avtomatlaşdırılan sistemlər üçün prototiplər kimi çıxış edəcəklər. Bu sistemlər kosmonavtlara kömək üçün istifadə olunacaq.
Məsələn, “Luna - Resurs-1” orbital aparat bazası və “Luna-Grunt” enmə modulu əsasında çoxdəfəli uçuş və eniş sistemlərini yaratmaq mümkün olacaq.
Qeyd edək ki, 2021-ci ildə “Luna-25”, 2024 və 2025-ci illərdə - “Luna-26” və “Luna-27” orbital stansiyaları istifadəyə veriləcək. 2027-ci ildə isə torpaqdaşıyan cihazı olan “Luna-28” stansiyası Aya yola düşəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.