ABŞ-ın Men ştatı Universitetinin mütəxəssisləri eyni vaxtda iki dünya rekorduna imza atıblar.
3D-printerdə 2,2 ton ağırlığında 7 metrlik gəmi çap edilib. Bu, indiyədək çap edilmiş ən böyük obyektdir, onun istehsalına 72 saat sərf olunub.
hightech.fm saytının məlumatına görə, Men Universitetinin Qabaqcıl Konstruksiyalar Mərkəzinin hazırlaması “Ginnes Rekordlar Kitabı”na düşüb. Alimlər dünyada ən böyük polimer 3D-printer prototipi hazırlayıblar və həmin printerdə 3D-çap texnologiyasının köməyilə ən böyük obyekt çap edilib.
Tədqiqatçılar öz fəaliyyətlərini genişləndirməyi planlaşdırırlar: printer uzunluğu 30, eni 6,7 və hündürlüyü 3 metrədək olan obyektləri çap etmək gücünə malikdir. Onlar, həmçinin plastik və ağacdan istifadə etməklə, gəmilər çap etmək niyyətindədirlər.
Hətta ABŞ ordusu da öz əsgərləri üçün bu printerin köməyi ilə cəmi bir neçə saniyə ərzində açıla bilən sığınacaqlar “çap etməyi” planlaşdırır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.