AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat elmi ekspertiza fəaliyyətinə görə ABŞ-ın “Computer Standards & Interfaces” (CSI) jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatı ilə təltif edilib.
“Thomson Reuters” siyahısına və Q2 sinfinə daxil olan bu jurnalda proqram təminatının keyfiyyəti, interfeys və metodları, kompüter standartları və onların tətbiqi üzrə fəaliyyət və inkişaf barədə tədqiqat materialları, icmallar və qısa məqalələr nəşr olunur.
CSI jurnalının əsas elmi istiqamətlərinə standartların hazırlanması və tətbiqi, informasiyanın idarə olunması, proqram təminatının keyfiyyəti, paylanmış sistemlər, açıq sistemlər və şəbəkə təhlükəsizliyi sahəsində alqoritm və metodların işlənməsi, rəqəmsal alətlər üçün modelləşdirmə, testləşdirmə, analoq və rəqəmsal emal standartlaşdırması daxildir.
Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:
Impact Factor: 2.441
5-Year Impact Factor: 1.952
Source Normalized Impact per Paper (SNIP): 1.606
CiteScore: 3.22
SCImago Journal Rank (SJR): 0.455
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.