Sinqapur Texnologiya Universitetinin alimləri tərəfindən əsası qoyulmuş “Eureka Robotics” şirkəti incə optik linza və güzgüləri çox dəqiq hərəkət etdirməyi bacaran yeni avtomatlaşdırılmış əl təqdim edib. Mühəndislərin sözlərinə görə, onu insan əli ilə müqayisə etmək mümkündür.
“Eureka Robotics” şirkəti optik linza və güzgüləri tutmaq və idarə etmək üçün nəzərdə tutulmuş avtomatlaşdırılmış altıoxlu manipulyator “Archimedes”i təqdim edib.
hightech.fm saytının məlumatına əsasən, əl müxtəlif ölçülü obyektivlər və güzgülər ilə, hətta onlardan ən kiçikləri ilə də işləyə bilir. Məsələn, o onları örtük çəkilməsi üçün qaba yükləmək və ya bir laboratoriyadan başqasına daşıya bilmək imkanına malikdir. Mühəndislər avtomatlaşdırılmış manipulyatorun prosesə tətbiqi ilə insanın qarşılıqlı təsirindən yaranan qüsurları aradan qaldırmağa kömək edəcəyinə əmindirlər.
“Onun dəqiqliyi obyektlərin yerləşdirilməsində millimetrin ondan bir hissəsi daxilindədir və idarəetmə alqoritmlərimiz sayəsində səliqəlidir”, – deyən şirkətinin həmtəsisçisi Fam Kuanq Kuon qeyd edib ki, məhz bu manipulyatorla onlar yerdəyişmələrin dəqiqliyini 10 mikron səviyyəyə qədər çatdırıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.