Kontaktsız yalan detektoru təqdim olunub

10 Oktyabr 2019 - 12:09 | Maraqlı məlumatlar
Kontaktsız yalan detektoru təqdim olunub

Xüsusi öyrədilmiş neyroşəbəkələr insanın emosional vəziyyəti, nəbzi, nəfəsi və əl-qol hərəkətlərini analiz etməyi öyrəniblər.

Rusiyada insan emosiyalarının distans monitorinqi texnologiyası yaradılıb. Bunun üçün neyroşəbəkə İnternet-videoların köməyi ilə çarxlardan insanın daxili vəziyyəti ilə bağlı çox sayda parametrləri “çıxartmaq” məqsədi ilə öyrədilib. Nəticədə alqoritmlər videodakı insanların emosiyalarını, nəbzini, tənəffüs hərəkətlərinin tezliyini və əl-qol hərəkətlərini analiz edə biliblər.

iz.ru saytının məlumatına görə, texnologiya işə qəbuldan öncəki müsahibələrdə, sürücülər və pilotların vəziyyətinin monitorinqi zamanı, həmçinin müştərinin fikirini anlamağın vacib olduğu biznes-məsələlərin həllində əhəmiyyətli olacaq.

Lakin ekspertlərin fikrincə, digər yalan detektorlarında olduğu kimi, bu sistemdə də etibarlılıq faizi aşağı olacaq. O, kiçik həyəcanı müəyyən edə bilər. İnsanların hər biri çox müxtəlif, onların reaksiyaları isə fərdi olduğundan xarici əlamətlərə əsaslanan istənilən emosiyaların avtomatik tanınması sistemləri heç vaxt etibarlı nəticələr verməyəcək. Ehtimal olunur ki, bu sistemi biznes-proseslərdə çox sayda insanın müşahidə olunması zamanı istifadə etmək yararlı olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.