Klaviatura və mausu birləşdirən qeyri-adi qurğu təqdim olunub

10 Oktyabr 2019 - 11:59 | Texnoloji yeniliklər
Klaviatura və mausu birləşdirən qeyri-adi qurğu təqdim olunub

Ötən ilin perspektivli qadcetlərindən biri, məlumatların daxil edilməsi üçün qeyri-adi alət “Tap Strap” daha da təkmilləşdirilib. Bu həftə istehsalçılar faydalı “hava mausu” funksiyasına malik “Tap Strap 2” modelini təqdim ediblər. Belə ki, artıq barmaqları hər hansı səth üzərində gəzdirmək lazım deyil, əmrləri havada əlin istənilən vəziyyətində göndərmək olar.

techcult.ru saytının məlumatına görə, vizual baxımdan “Tap Strap 2” bütün barmaqlara bərkidilən, onların qarşılıqlı yerdəyişməsini izləyə bilən eyni “yüksəktexnologiyalı” kastetdir. Qadcet əvvəllər də maus funksiyasını yerinə yetirirdi, lakin artıq universal idarəetmə pultuna bənzəyir. Məsələn, ondan prezentasiya zamanı “ağıllı” televizoru idarə etmək üçün və hətta virtual reallıqda istifadə etmək olar. Burada “Tap Strap 2” xüsusilə faydalıdır, çünki istifadəçi öz əllərini görmür. Bu qadcet isə yalnız intuitiv səviyyədə əmrlərin daxil edilməsini dəstəkləmir, həm də belə interfeyslərin tətbiqini stimullaşdırır.

Qurğu 3 rejimdə işləyir. Birinci rejimdə əməliyyat sistemində adi kursor funksiyasını yerinə yetirir. İkincidə multimedianın idarəsi olunması, üçüncü rejimdə “ağıllı” televizor və ya konsol kimi müxtəlif spesifik qurğuların menyusu üzrə yerdəyişmə üçün tətbiq edilir.

Mətnin yığılması funksiyası optimallaşdırılıb, lakin faktiki olaraq dəyişdirilməyib. Virtual klaviaturanın heç bir proyeksiyası olmadığından istifadəçi məlumatların daxil edilməsi üçün jest kombinasiyalarını mənimsəməlidir. “Tap Strap 2” qurğusunun qiyməti 200 dollar təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.