“Microsoft Research”in mühəndisləri insan nitqinin işlənməmiş qeydlərinin köməyi ilə statik şəkillərdə sifəti animasiya etməyi öyrəniblər.
Statik təsvirlərin ənənəvi formatda animasiya olunması zamanı informasiyanın videoçarxdan lazımi kadra daşınması üsulu tətbiq olunur. Bu halda şəklin canlandırılması üçün videodan istifadə olunur.
hightech.fm saytının məlumatına görə, “Microsoft” tərəfindən yaradılmış alqoritm konteksdən asılıdır. Model yalnız audioçarxdan insanın nitqi və onun fonetik xüsusiyyətləri ilə yanaşı, həmçinin emosional sıra və kənar küyü seçir. Bunun sayəsində videoya nitqin müxtəlif aspektlərini əlavə etmək olar: qışqırıq, hiddət, məyusluq və ya sevinc.
Belə yanaşma statik şəkilə, həmçinin emosiyasız və ya canlı nitqi əlavə etməyə imkan verəcək. Hazırda alqoritm animasiya edə bildiyi altı baza emosiyasını anlayır.
Neyroşəbəkənin öyrədilməsi üçün müəlliflər 34 insanın nitqinin neytral ifadəylə deyilmiş və müxtəlif emosional çalara malik minlərlə videoqeydindən istifadə ediblər. Bundan başqa, təlim üçün müəlliflər TED onlayn tok-şousunun videoçarxlarından 100 min hissə seçərək istifadə ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.