Kompüter insan yaddaşının işini anlamağa kömək edib

10 Oktyabr 2019 - 10:05 | Maraqlı məlumatlar
Kompüter insan yaddaşının işini anlamağa kömək edib

Yaponiyadan olan alimlər assosiativ yaddaşın necə təşkil edildiyini aydınlaşdırıblar. Kompüter modeli xatirələrin formalaşması üçün yalnız həyəcanlanma deyil, həm də tormozlama proseslərinin əhəmiyyətli olduğunu təsdiqlədi.

Assosiativ yaddaş bizə əlaqəsi olmayan predmetləri vahid zəncirdə birləşdirməyə kömək edir. Okinava Elm və Texnologiya İnstitutunun tədqiqatçıları bu beyin funksiyasının necə təşkil edildiyini aydınlaşdırmağa qərar veriblər. Bunun üçün onlar beynin real şəbəkələrini köçürən qarşılıqlı təsir edən neyronların kompüter modelini yaradıblar.

Modeldə həyəcanlanma və tormozlama funksiyaları qurulub. Tormozlama elementlərinin mövcudluğu zəruri hallarda maneələri və arzu edilməyən siqnalları kəsməyə imkan verib.

hightech.plus saytının məlumatına görə, məhz tormozlama elementlərinin modelə uzunmüddətli xatirələrə uyğun olan nümunələri yadda saxlamağa imkan verdiyi məlum olub.

Alimlərin fikrincə, bu oxşatma neyrobioloqların assosiativ yaddaşın formalaşmasında iştirak edən beyin sahəsi olan hippokampdan xəbərdar olduqlarını təsdiqləyib. Müasir fikirlərə əsasən, həyəcanlanma və tormozlama fəallığının balansı yeni assosiasiyaları formalaşdırmağa imkan verir.

Əlavə neyrobiologiya tədqiqatları oxşatmanın köməyi ilə edilmiş nəticələri dəqiqləşdirməyə kömək edəcək. Daha sonra alimlər hippokamp və assosiativ yaddaşın işi haqqında tam təsəvvür yaratmaq üçün onların real analoqları ilə modelin komponentlərini müqayisə edəcəklər. Komanda nəticədə daha aktiv və hərəkətsiz neyronları deyil, eləcə də dendritləri daxil etmək imkanına malik olan daha dəqiq modelə keçməyi planlaşdırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.