“Intel” şirkəti modul kompüterlər konsepsiyasını və modulun bu kimi fərdi kompüterlər üçün hazır variantını nümayiş etdirib.
4pda.ru saytının məlumatına görə, şirkət fərdi kompüterin bütün əsas komponentlərinin kiçik bloklara yerləşdirilməsini təklif edir. Bu, fərdi kompüterin yenilənməsini asanlaşdıracaq – istifadəçi mövcud modulu çıxararaq onu daha yüksək texniki göstəricilər malik yenisi ilə əvəzləyə biləcək.
Bundan başqa, şirkət xarici görünüşünə görə ikiçıxışlı videokartı xatırladan “Element” blokunun prototipini nümayiş etdirib. Onun tərkibinə “Xeon” prosessoru, “DDR4” operativ yaddaşı üçün iki slot və bərkcisimli toplayıcılar üçün iki M.2 çıxışı daxildir.
Modul 225 vatlıq enerjidən istifadə üçün nəzərdə tutulan 8 kontaktlı enerji doldurma çıxışı, iki “Thunderbolt 3” portu, tamölçülü “HDMI” çıxışı, 3,5 millimetrlik audioçıxış birləşdiricisi, dörd “USB Type-A” (USB 3.2) portu və iki “RJ-45” şəbəkə çıxışları ilə təchiz edilib.
Şirkət 2020-ci ilin birinci rübünə kommersiya həllərinin təqdimatını planlaşdırır.
Qeyd edək ki, 2014-cü ildə “Razer” şirkəti “Project Christine” modul kompüterinin analoji konseptini təqdim etsə də, sonradan layihə reallaşdırılmayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.