Çəkisi 1,5 kq ağırlığında olan yeni “Epson WF-110” printerini yol çantası və ya portfelə asanlıqla yerləşdirmək mümkündür. Printer həm USB, həm də şəbəkə vasitəsilə enerji toplaya bilən litium-ion batareyası ilə təchiz edilib. Qurğuya əlavə kənar batareya qoşmaqla onun işləmə müddətini artırmaq olar. bu halda onun çəkisi artaraq 2,04 kq olacaq.
techcult.ru saytının məlumatına görə, bu printer USB-kabeldən başqa “Wi-Fi” və “Wi-Fi Direct” protokollarından istifadə edə bilmək imkanına malikdir. Bu səbəbdən cihaz asanlıqla smartfon və planşetlərə qoşulur. Bundan başqa, “Alexa”, “Google Assistant” və ya “Siri” səsli köməkçilərinin köməyi ilə sözügedən printeri idarə etmək mümkündür. Printer 1,4 düymlük rəngli maye kristal ekran və kiçik idarəetmə paneli ilə təchiz edilib.
“Epson WF-100” printeri ağ-qara şəkillər üçün sənədləri və 10x15 sm ölçüsündə şəkilləri dəqiqədə 6,7 səhifə sürəti ilə, rənglilər üçün isə dəqiqədə 3,8 səhifə sürəti ilə çap edir.
Qey dedək ki, yeni kiçik ölçülü printerin qiyməti 300 ABŞ dolları təşkil edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.