Yeni ekzoskelet iflic olmuş insanın yeriməsinə imkan verib

07 Oktyabr 2019 - 14:32 | Maraqlı məlumatlar
Yeni ekzoskelet iflic olmuş insanın yeriməsinə imkan verib

Fransanın Qrenobl Alpları Universitetinin alimləri tamamilə iflic olmuş pasiyentə 480 addım ataraq 145 metr yeriməyə imkan verən ekzoskelet və neyrokompüter interfeysi hazırlayıblar. Hazırda ekzoskeletlərin çox sayda növləri mövcud olduğundan mütəxəssislər əsas diqqəti neyrointerfeysə yönəldiblər.

Alimlər ekzoskeletin aparat təminatının neyrointerfeyslə qarşılıqlı təsir etməsinə, başqa sözlə, beynin elektrik siqnallarının mexaniki “əzələlərin” hərəkətinə interpretasiya etməyi öyrənməsinə nail olublar.

Ekzoskelet iflic olmuş insana dörd “əzanı” idarə etməyə imkan verir. Bunun üçün alimlər başın sağ və sol yarımkürələrində yerləşdirilmiş iki sensor modul istifadə ediblər. Onlar kəllənin altında yerləşdirilmiş elektrodlarla birləşdirilib.

habr.com saytının məlumatına görə, hər modul 64 elektrod ilə bağlanıb. Beyinlə generasiya olunan elektrik siqnalları isə fərdi kompüter və ya ekzoskeletin kompüter sistemi tərəfindən qeyd edilərək emal edilir.

Alimlər hazırda robot-ekzoskeletin əli ilə müxtəlif obyektləri tutmasına imkan verən texnologiya üzərində işləyirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.