Neyroşəbəkə nümayişi qadağan edilmiş kontenti real vaxt rejimində tanıyır

07 Oktyabr 2019 - 10:11 | Maraqlı məlumatlar
Neyroşəbəkə nümayişi qadağan edilmiş kontenti real vaxt rejimində tanıyır

“Sankt-Peterburq Dövlət Universitetinin Paylanmış Reyestr Texnologiyaları Mərkəzi” Milli Texnologiyalar Təşəbbüsü kompetensiyalar Mərkəzinin mühəndisləri qadağan edilmiş videokontenti real vaxt rejimində tanıya bilən neyroşəbəkə hazırlayıblar. Bu alqoritmi videohostinqlər üçün filtr kimi tətbiq etmək olar.

hightech.fm saytının məlumatına görə, neyroşəbəkə yalnız videoaxın üçün istifadə olunmaqla yanaşı, həm də uzaqda olan əməkdaşların iş keyfiyyətinin yoxlanılması üçün filtr kimi istifadə oluna bilər. Hazırda istehsalçılar bu sistemin ticarət şirkətlərinə tətbiqi ilə bağlı danışıqlar aparırlar.

“Bir neçə neyron şəbəkəsi və paylanmış reyestrlər texnologiyasının köməyi ilə videoaxını analiz etmək və arzu olunmayan kontenti aşkar etmək mümkündür. Bu, jestlər, əldə predmetlər və s. kimi müəyyən hərəkətlər ola bilər. Öyrədilmiş sistem bu kimi təsvirləri videoyazını təkrar gözdən keçirməyi tələb etmədən ilk dəfədən tanıyır. Bu o deməkdir ki, belə filtrlər təsvirin translyasiyası zamanı tətbiq edilə bilər”, – Mərkəzin rəhbəri Yevgeni Pen bildirib.

Lakin istehsalçılar neyroşəbəkəni necə öyrətdiklərini və onun hansı prinsip üzrə işlədiyini izah etmirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.