Bu yaxınlarda İrlandiyadan olan 18 yaşlı gənc dahi Fionn Ferreyra “Google”dan 50.000 dollar məbləğində mükafat alıb. O, bəşəriyyət üçün son dərəcə zəruri hesab olunan, planetimizin okeanlarını kiçik plastik hissəciklərdən təmizləmək imkanına malik olan maye icad edib.
Dünya okeanlarında çox sayda mikroskopik plastik kütlə hissəcikləri mövcuddur. Onlar insanların sellofan paketlər, plastik qablardan imtina etməməsi səbəbindən suya düşürlər. Bütün bunlardan əlavə, meşələrə insanlar tərəfindən yüz illər boyu ekologiyaya zərər vuran, planetimizi zəhərləyən tullantılar atılır.
Mütəxəssislər düşünürlər ki, Fionn Ferreyranın hazırladığı bu maye planetimizi plastik tullantılar ilə çirklənmədən xilas edəcək. Bu gənc alim 13-18 yaş arası tədqiqatçılar arasında “Google Elm Mükafatı” (Google Science Award) elmi müsabiqəsində fəal iştirak edib. O, elmi fəaliyyətinin nəticəsi olaraq 12 mükafat alıb və hələ də elmi ictimaiyyəti təəccübləndirməyə davam edir. Gənc alim mikroplastik suyu təmizləyən maye yaradılması ideyası haqqında qayıqda üzən zaman düşünüb.
hi-news.ru saytının məlumatına əsasən, Fionn qayıqda olan zaman suda xırda plastik tullantı yapışmış, neft qatıyla örtülmüş daş tapıb. O, düşünüb ki, neft kimi plastik kütlə və yağlı maddələr də bir-birinə yapışmaq imkanına malikdirlər. Daha sonra gənc alim bitki yağını ferromaye ilə qarışdıraraq yağlı mayeni hazırlayıb.
Öz ideyasını həyata keçirən gənc onu sınaqdan keçirib. Qarışığı plastik mikroskopik kütlə hissəcikləri ilə çirklənmiş suya əlavə edərək ora maqniti salıb və daha sonra onu çıxarıb. Gözlənilən kimi, mikroplastik yağlı mayeyə yapışıb, ferromayenin maqnit xüsusiyyəti isə bütün palçığı çıxartmağa imkan verib. Nəticədə su təmizlənib.
Təcrübə bir neçə dəfə həyata keçirildikdən sonra hazırlanan mayenin suyun içərisində olan plastik tullantıların 88%-ni uzaqlaşdırdığı hesablanıb.
Əldə olunan nəticə göstərib ki, tələbənin hazırladığı maye plastik tullantılar ilə çirklənmiş suyun təmizlənməsində effektiv rola malikdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.