“Fujifilm” şirkəti mobil qurğulardan şəkillərin çapı üçün nəzərdə tutulmuş “Instax Mini Link” kompakt printerini təqdim edib.
infocity.az saytının məlumatına görə, printer “Fujifilm Instant Color Film” kartriclərindən istifadə edir. Daşıyıcıların ölçüsü 86-54 millimetr, çap sahəsinin ölçüsü 62-46 millimetr təşkil edir.
“Instax Mini Link” printeri “Mini Link App” əlavəsi vasitəsilə mobil qurğunun kamerasını idarə etməyə imkan verir. Məsələn, printeri əyərək təsviri yaxınlaşdırmaq olar. Printer vasitəsilə distans çəkilişi həyata keçirmək mümkündür.
Daxilinə quraşdırılmış akkumulyator 100-ə qədər şəkil çap etməyə imkan verir. Batareyanın enerji ilə yüklənməsi Micro-USB portu vasitəsilə həyata keçirilir. Bir şəklin çıxarılmasına təxminən 12 saniyə vaxt tələb olunur. Qurğu smartfona Bluetooth simsiz rabitəsi vasitəsilə qoşulur.
Çəhrayı, tünd göy və ağ rənglərdə satışa çıxarılan printerin qiyməti 100 ABŞ dolları təşkil edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.