Kvant informasiyasının ötürülməsinin yeni metodu təqdim edilib

30 Sentyabr 2019 - 15:40 | Maraqlı məlumatlar
Kvant informasiyasının ötürülməsinin yeni metodu təqdim edilib

Amerikalı fiziklər elektronların vəziyyəti haqqında informasiya ötürülməsinin yeni metodunu nümayiş etdiriblər. Bu tədqiqat alimləri tamfunksional kvant kompüterlərinin yaradılmasına bir addım daha yaxınlaşdırır.

Kvant kompüteri kvant mexanikası prinsipləri ilə - yalnız atom və subatom miqyaslı hissəciklər üçün xarakterik olan qanunlarla işləyir. Bu səviyyədə klassik fizika işini dayandırır və qeyri-adi təsirlər müşahidə olunur.

Kvant kompüterləri ənənəvi kompüterlərdən informasiyanın ötürülməsi üçün bitlərdən istifadə etməməsi ilə fərqlənir. Onlar yalnız 0 və 1 qiymətlərini deyil, həm də bu iki vəziyyətin üstün mövqeyini qəbul edə bilmək imkanına malikdirlər. Kvant kompüterini perspektivli hesablama qurğusu edən məhz kubitlərin bu xüsusiyyətidir. Lakin adi kompüterlər kimi, kvant kompüterlər də kubitlər arasında informasiyanın ötürülməsi üsuluna ehtiyac duyurlar və bu ciddi eksperimental problem hesab olunur.

nanonewsnet.ru saytının məlumatına əsasən, bunu həyata keçirmək üçün Perdyu və Rochester Universitetinin tədqiqatçıları elektronların kvant xüsusiyyətlərindən istifadə ediblər. Məhz Paul prinsipində eyni kvant halında olan atomda iki və daha çox elektron ola bilməz. Alimləri bu vəziyyətdə elementar zərrəciklərin yalnız bir xüsusiyyəti onların özünə və ya arxaya fırlanma anı maraqlandırır.

Tədqiqatçılar göstərdilər ki, iki elektron kifayət qədər yaxınlaşdırılarsa onlarda maraqlı çevrilmələr baş verə bilər. Məsələn, eyni zamanda onların fırlanmalarının istiqaməti dəyişə bilər. Yəni faktiki olaraq ikinci elektron birincinin, birinci isə ikincinin dəqiq surətinə çevrilir. Bunun üçün alimlər yarımkeçirici çipi həddindən artıq aşağı temperaturda soyutdular. Kvant nöqtələrindən istifadə edərək onlar ardıcıl dörd elektron tutdular, onların əlaqədə olması üçün yerlərini və vəziyyətlərini dəyişdirdilər.

Alimlərin sözlərinə görə, elektronun vəziyyətinin dəyişiklik edilmədən ötürülməsi kvant kompüterlərinin təkmilləşdirilməsində böyük perspektivlər açır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.