Məşhur “Internet Explorer” İnternet-brauzeri cinayətkarlara kompüterində bu brauzeri quraşdırmış istifadəçilərlə eyni hüquqlara sahib olmağa imkan verir.
“Microsoft” korporasiyası “Google”un “Threat Analysis Group”unun kibertəhlükəsizlik üzrə eksperti Kleman Lesin tərəfindən “Internet Explorer”də tapılmış boşluğa reaksiya verib və rəsmi olaraq təsdiq edib ki, brauzer “Windows 7”, “Windows 8.1” və “Windows 10” əməliyyat sistemi istifadəçiləri üçün təhlükə yaradır.
popmech.ru saytının məlumatına görə, mövcud boşluq ssenari üzərində işləyənlər tərəfindən yaddaşın zədələnməsinə gətirib çıxarır və cinayətkara aktiv istifadəçi səviyyəsində sistemə giriş əldə etməyə imkan verir. Kompüterdən administrator hüquqlarına malik insan istifadə etdikdə haker proqramların quraşdırılması, məlumatlara baxış və onların silinməsinə, həmçinin yeni istifadəçilərin, o cümlədən administratorun hüquqlarına malik istifadəçilərin yaradılmasına dair sərbəst giriş əldə edə bilər.
Zərərverici proqram təminatının istifadəçi tərəfindən yüklənməsi ehtimalını azalda bilən məhdudlaşdırılmış rejimdə “Internet Explorer” Windows Server 2008, Windows Server 2008 R2, Windows Server 2012, Windows Server 2012 R2, Windows Server 2016 və Windows Server 2019-da işləyir. Bununla belə, onların istifadəçilərinin brauzerdən istifadə etməsi tövsiyə edilmir.
“Microsoft” şirkəti “Internet Explorer”dən “Microsoft Edge”ə keçid etməyi, “Google” isə, istənilən digər brauzerdən istifadə etməyi təklif edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.