“Facebook” istifadəçilərinə geyim seçməyə kömək edəcək

24 Sentyabr 2019 - 11:23 | İnternet-50
“Facebook” istifadəçilərinə geyim seçməyə kömək edəcək

“Facebook” şirkəti “Fashion++” adlı yeni layihəsinə start verib. Yeni funksiya insana süni intellekt texnologiyasının tövsiyələri ilə düzgün geyim seçməyə imkan verəcək.

belta.by saytının məlumatına görə, layihədə, ilk növbədə, şəkillərdəki detallara diqqət yetiriləcək. “Fashion++” istifadəçinin zahiri görünüşünü ahəngdar və qüsursuz edəcək.

Bundan əlavə, şirkətin rəsmi saytında qeyd edilib ki, layihə istifadəçini yeni geyimlər almağa təhrik etməyəcək. Alqoritm kiçik detalların köməyilə artıq mövcud olan zahiri görünüşün yaxşılaşdırılmasına yönələcək. Yeni xidmət artıq ABŞ ərazisində əlçatandır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.