Elmi şuranın iclasında tapşırıqlar və sənədlərin icra vəziyyəti müzakirə olundu

24 Sentyabr 2014 - 11:32 | Konfranslar, İclaslar
Elmi şuranın iclasında tapşırıqlar və sənədlərin icra vəziyyəti müzakirə olundu

AMEA İnformasiya Texnologiyaları İnstitutunun ümumi şöbəsinin müdiri Dinara Zeynalova institutun Elmi şurasının iclasında çıxış edib. O, 2014-cü ilin mart-sentyabr ayları ərzində instituta daxil olan sənədlərin - qərar, sərancam, məktub və müraciətlərin icra vəziyyəti barədə məlumat verib.

Məruzəçi Elmi şuranın qərarları və digər tapşırıqların icra vəziyyəti haqqında da danışıb. Onların icra müddəti, məsul şəxslər, tapşırıqların qısa məzmunu və icrası ilə bağlı məlumatları diqqətə çatdırıb. 

Elmi şura üzvləri məruzə ilə bağlı çıxış edərək təklif və tövsiyələrini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.